06 fev 2025
Azərbaycanın Turizm Potensialı İstanbulda EMITT 2025 Sərgisində Təqdim Olunur

Azərbaycanın turizm potensialı bu il 5-7 fevral tarixlərində İstanbulda keçirilən dünyanın beş böyük turizm sərgisindən biri hesab olunan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT - 2025”) beynəlxalq auditoriyaya nümayiş etdirilir.

ətraflı
04 fev 2025
Azərbaycan Turizm Bürosu Pakistan Travel Mart 2025-də

31 yanvar – 2 fevral tarixlərində Karaçidə keçirilən Pakistan Travel Mart (PTM) 2025 sərgisində və 4-5 fevral tarixlərində İslamabadda təşkil olunan PTM Roadshow-da iştirak edən Azərbaycan Turizm Bürosu, Pakistan bazarındakı mövcudluğunu daha da gücləndirməyi hədəfləyir. Bundan əlavə, ATB İslam Əməkdaşlıq Təşkilatının (OIC) tərkib hissəsi olan İslam Ticarət və İnkişaf Palatası (ICCD) tərəfindən təşkil olunan Dayanıqlı Turizm Forumunda da təmsil olunur. Bu tədbirlər Azərbaycanı Pakistanlı səyahətçilər üçün əlçatan və cəlbedici turizm məkanı kimi təqdim etmək üçün əhəmiyyətli platformadır.

ətraflı
03 fev 2025
Azərbaycan Turizm Bürosu OTM Mumbai 2025-də

Azərbaycan Turizm Bürosu 30 yanvar – 1 fevral tarixlərində Hindistanın Mumbay şəhərində keçirilən Asiya-Sakit Okean regionunun ən böyük turizm sərgisi olan OTM Mumbai 2025-də iştirak edir. Bu nüfuzlu tədbir, ATB-nin 22 tərəfdaşı və "Azərbaycan Hava Yolları" ilə birlikdə ölkəmizin turizm potensialını nümayiş etdirməsi üçün əhəmiyyətli platformadır.

ətraflı
24 yan 2025
FITUR 2025: Azərbaycan Turizm Bürosundan İspan Turistləri üçün Yeni Perspektivlər

Yanvarın 22-dən 26-dək Madriddə keçirilən sərgidə Azərbaycan Turizm Bürosu və səkkiz yerli tərəfdaşı Azərbaycanın unikal cazibəsini və İspaniya bazarına artan uyğunluğunu vurğulayan maraqlı təqdimatlarla çıxış edəcəklər.

ətraflı
21 yan 2025
Azərbaycan Turizm Bürosu Vyanada keçirilən Ferien-Messe Wien 2025 sərgisində iştirak edir

Azərbaycan Turizm Bürosu 16-19 yanvar tarixlərində Vyanada keçiriləcək, Avstriyanın ən böyük turizm sərgisi olan Ferien-Messe Wien 2025-də iştirak edir. Sərgidə “Azərbaycan Hava Yolları” da daxil olmaqla bir çox yerli tərəfdaşlarla birgə ölkəmizin turizm imkanları nümayiş etdirilir.

ətraflı
19 dek 2024
Azərbaycan Turizm Bürosu Trip.com Group Global Partner Summit’də Mükafatlandırıldı

18 sentyabr 2024-cü il tarixində Abu Dabidə keçirilən Trip.com Group Global Partner Summit tədbirində dünya miqyasında 2,000-dən çox turizm sahəsi mütəxəssisi iştirak etdi. 60 müxtəlif turizm məkanı arasında Azərbaycan Turizm Bürosu (ATB), “Ən Yaxşı Qlobal Partnyor” (Best Global Partner) və “İlin Əla Partnyoru” (Excellent Partner of the Year) mükafatları ilə təltif olundu. Bu sammit, müxtəlif subsammitlər vasitəsilə məlumat, trendlər və innovativ fikirlərin paylaşılması üçün bir platforma oldu. Mükafatlar, Azərbaycan Turizm Bürosunun Trip.com Group ilə əməkdaşlığının uğurunu və onların Azərbaycanın beynəlxalq bazarlarda tanınmasını artırmaq, həmçinin Çinli səyahətçilərə yeni məkanları kəşf etmək imkanı yaratmaq məqsədilə apardıqları ortaq səyləri əks etdirir.

ətraflı